Hərbi çağırış Avropaya qayıdır?

Tarix: 20:19 04.04.2025
Polşanın Baş naziri Donald Tusk keçən ay hərbi təlimi kişilər üçün məcburi edəcək bir tədbir üzərində çalışdıqlarını açıqlayıb. Rusiyanın 1,3 milyon, Ukraynanın isə 800 min əsgəri olduğunu ifadə edən Tusk, ölkəsindəki yalnız 200 min civarında olan əsgər sayını 500 minə çatdırmaq istədiklərini açıqlayıb. Digər tərəfdən, icbari hərbi xidmətin olduğu Rusiya bu ilki yaz çağırışında 160.000 nəfəri orduya çağırmaqla 2011-ci ildən bəri ən böyük hərbi xidmətə cəlb edilməsi istiqamətində ilk addımı atıb.
"Müharibə vəziyyətində biz istəyirik ki, Polşadakı bütün kişilər bu sahədə təlim keçsinlər və ehtiyatda olan hərbi gücümüz potensial təhlükələrlə üzləşmək üçün kifayət etsin", - Polşa lideri Tusk bildirib. Rusiyanın Ukraynaya müdaxiləsi bəzi Avropa ölkələrinin hərbi çağırışa baxışını dəyişib.
Xüsusilə coğrafi baxımdan Rusiyaya daha yaxın olan ölkələr mümkün müharibəyə qarşı ordularını gücləndirmək istəyirlər. Bunlardan biri də Rusiya ilə həmsərhəd olan Latviyadır. 2006-cı ildə məcburi hərbi xidməti ləğv edən Baltikyanı ölkə 2023-cü ildən kişilər üçün 11 aylıq hərbi xidmətə çağırıb. Qadınlar könüllü olaraq hərbi xidmətə gedə bilərlər.
Latviyanın baş naziri Edqars Rinkeviç martın 9-da bildirib ki, bir çox Avropa ölkələri də buna əməl etməli olacaqlar.
Keçən il Latviyanın bu addımından sonra Polşa Rusiya ilə qonşuluqda məcburi hərbi xidmətə malik olmayan yeganə Avropa ölkəsi olaraq qalıb. İki ölkənin Kalininqradda kiçik sərhədi var. Polşa lideri Tuskun planı işə düşsə, Rusiyanın bütün Avropa qonşuları gələn ilə qədər hərbi xidmətə qayıdacaqlar. Qərbi Avropanın bir çox ölkəsi İkinci Dünya Müharibəsindən və ya Soyuq Müharibədən sonra hərbi xidmətə çağırışı ləğv edib.
Lakin qitədə bu təcrübədən əl çəkməyən ölkələr var idi.
BBC NEWS
Səmayə Səftərova