"Türkiyə Suriyada İsraillə üz-üzə gəlmək istəmir"

Tarix: 20:28 04.04.2025
Xarici işlər naziri Hakan Fidan İsrailin Suriyaya hücumlarının bölgədə qeyri-sabitliyə yol açdığını bildirib və “Suriyada İsraillə üz-üzə gəlmək istəmirik”, – deyə qeyd edib.
Qəzza zolağında və Livanda hücumlarını davam etdirərək bölgədəki qarşıdurmanı daha da alovlandıran İsrail, bu dəfə Suriyanı hədəfə alıb.İsrail ordusu Bəşşar Əsədin devrilməsindən sonra yeni rəhbərliyin nəzarətində olan hərbi obyektlər başda olmaqla, bir neçə nöqtəyə hava zərbələri endirib. Son hücumda isə Hama Hərbi Hava Bazası, Humsdakı T4 Hərbi Hava Bazası və Dəməşq bölgəsindəki hərbi infrastruktur bombalanıb.
Hücumdan sonra açıqlama verən İsrailin müdafiə naziri Israel Katz, Əhməd Şara rəhbərliyindəki yeni Suriya hökumətini belə təhdid edib: “Əgər düşmən qüvvələrin Suriyaya daxil olmasına və İsrailin təhlükəsizlik maraqlarını təhdid etməsinə imkan versən, bunun çox ağır bədəlini ödəyəcəksən".
“İSRAİLİN SURİYAYA HÜCUMLARI BÖLGƏDƏ QƏYRİ-SABİTLİYƏ YOL AÇIR”
Xarici işlər naziri Hakan Fidan İsrailin Suriyaya hücumlarının bölgədə qeyri-sabitliyə səbəb olduğunu vurğulayıb.
CNN Türk
Günel Verdiyeva