İsrail ordusu bu gün Qəzzada ən azı 26 fələstinlini öldürüb

Tarix: 21:34 04.04.2025
İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 26 fələstinli ölüb, çoxlu sayda yaralı var.
İsrail ordusu Qəzza zolağının cənubunda Han Yunisin şərqində bir qrup fələstinlini hədəfə alıb.
Hücumda 2 uşaq həyatını itirib, çox sayda insan yaralanıb.
İsrailin Qəzzanın qərbində motosikleti hədəf alması nəticəsində bir fələstinli həlak olub. Hadisə zamanı xəsarət alanlar da olub.
Qəzzanın şərqindəki Şucaiyye məhəlləsinə edilən hücumda fələstinli ana və uşağı həlak olub, çoxlu sayda insan isə yaralanıb.
İsrail döyüş təyyarələrinin Han Yunisin cənub-şərqindəki Rl-Menara məhəlləsində bir evi bombalaması nəticəsində 19 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb.
İsrailin Qəzza zolağının cənubundakı Refah şəhərinin şimalına endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər həlak olub.
Mənbə: TRT Haber
Məhərrəmli Xədicə