Norveç 2025-ci ildə Ukraynaya maliyyə dəstəyini artıracaq

Tarix: 21:36 04.04.2025
Norveç hökuməti 2025-ci ildə Ukraynaya göstərilən maliyyə yardımını 50 milyard kron (təxminən 4,79 milyard dollar) artıraraq 85 milyard krona (təxminən 8,1 milyard dollar) çatdıracaq.
Nazirlər Kabinetinin yaydığı bəyanatda qeyd olunur ki, əlavə vəsait əsasən hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və dəniz təhlükəsizliyi vasitələrinin təminatına yönəldiləcək.
Mənbə: Caliber
Aytən Ağazadə