Fransa aylarla davam edən gərginlikdən sonra ilk səfəri Əlcəzairə

Tarix: 20:43 06.04.2025
Fransanın xarici işlər naziri Jan-Noel Barrot iki ölkə arasında 8 aydan çox davam edən gərginlikdən sonra Əlcəzairə səfər edib.
Əlcəzair dövlət televiziyasının verdiyi məlumata görə, son aylar ərzində ölkəyə səfər edən ilk Fransa hökumət rəsmisi olan Barrot Əlcəzairli həmkarı Əhməd Attaf Xarici İşlər Nazirliyinin binasında qarşılayıb.
Səfər zamanı iki ölkə arasında həllini gözləyən bir çox məsələlərin müzakirə olunacağı gözlənilir.
Bununla belə, sosial şəbəkələrdə yayılan paylaşımlarda fransalı nazirin paytaxtın Havari Bumedien hava limanında Əlcəzair Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbərinin qarşılanması “münasibətlərdə soyuqluğun davam etdiyinin göstəricisi” kimi şərh edilib.
Martın 31-də Əlcəzair Prezidenti Əbdülməcid Tebbun və Fransa Prezidenti Emmanuel Makron telefon danışığında 2022-ci ilin avqustunda dərc edilən “Əlcəzair Bəyannaməsi” əsasında iki ölkə arasında dialoqu davam etdirmək istəklərini bir daha bəyan ediblər.
Əlcəzairin sədrliyinin bəyanatında deyilir ki, iki lider əlaqələrə yeni təkan vermək və arzu olunan nəticələrin əldə olunmasını təmin etmək üçün dostluq ruhunda sıx əməkdaşlıq etməyə razılaşıblar.
Mənbə: CNN Türk
Əminə Əliyeva