Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb

Tarix: 22:30 10.04.2025
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,49 ABŞ dolları, yaxud 0,72 % azalaraq 67,65 ABŞ dolları təşkil edib.
Mövzu ilə əlaqədar iqtisadçı Toğrul Vəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, dünyada neftin qiyməti endikcə Azərbaycan neftinin də qiyməti azalır:
“Bu tendensiyanın nə qədər davam edəcəyi barədə dəqiq məlumat yoxdur. Tendensiya daha çox davam edərsə, o zaman həm büdcəyə yenidən baxılmalıdır, həm də yeni mənbələr tapılmalıdır. Son zamanlarda inflyasiya yüksəlib. Biz müşahidə edirik ki, hər ay inflyasiya 1% artmağa davam edir. Bu tendensiya davam edərsə, qiymət artımı da davam edəcək. Dövlət öz investisiyalarını azaldarsa, iqtisadiyyata ziyan dəyəcək. Əgər dövlət investisiyaları azaltmasa bu o deməkdir ki, büdcə gəlirləri problemlərlə qarşılaşacaq”.
Asiman Vəliyeva