“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı

Bölmə: Sosial › ,
Tarix: 16:19 12.04.2025

 

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığında ərazini çirkab suları basıb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.



Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda həmin ərazidəki problem aradan qaldırılıb:

 

“Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır”.

 



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.