"Mançester Yunayted" Aleks Ferqusondan sonrakı dövrdə bərbad göstəricyə imza atıb

Bölmə: İdman › ,
Tarix: 12:41 14.04.2025

 

"Mançester Yunayted" Ferqyuson getdikdən sonra Premyer Liqada 450 oyunda 115 məğlubiyyət alıb.

 

 

"İnformator.az" "Oxu.Az"a istinadən xəbər verir ki, klub ser Aleksin dövründə 810 matçda cəmi 114 məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, Ser Aleks Ferqyuson "Mançester Yunayted" klubuna başçılıq etdiyi dövrdə ümumilikdə 26 kubok qazanıb. İki dəfə UEFA Çempionlar Liqası, bir dəfə FIFA Klublararası Dünya Kuboku, bir dəfə UEFA Superkubokunu, iki dəfə UEFA Kubok qalibləri kubokunu, beş dəfə İngiltərə Kubokunu, 13 dəfə İngiltərə Premyer Liqası Kubokunu, 10 dəfə isə İngiltərə Superkubokunu qazanıb.