Tanınmış idmançı faciəvi şəkildə öldü

Tarix: 14:42 14.04.2025
Atletika üzrə dünya çempionatının gümüş mükafatçısı, sudanlı qaçışçı Abubaker Kaki atışma nəticəsində həlak olub.
"İnformator.az" "Publika.az" istinadən xəbər verir ki, bu barədə "Sudanfax" məlumat yayıb.
"Cancavid" silahlıları El Faşer şəhərində yaşayış məntəqələrini minaatanlarla atəşə tutublar. Onlardan biri 35 yaşlı idmançının evinə düşüb. Kaki hadisə yerində ölüb, ailə üzvləri isə yaralanıb.
Abubaker 2011-ci il dünya çempionatında 800 m məsafəyə qaçışda gümüş medal qazanıb. O, qapalı məkanda keçirilən mundialda və Afrika Oyunlarında iki dəfə qalib olub.