Azərbaycan boks millisi bu dəfə "Böyük İpək Yolu" turnirində

Tarix: 17:57 17.04.2025
"Yüksək rəqabət olan yerdə həmişə parlaq nəticə qazanmaq olur".
Bu sözləri boks üzrə milli yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Nəriman Abdullayev "İnformator.az"a açıqlamasında bildirib.
O qeyd edib ki, yarış boyu ən yüksək nəticəni cavan boksçular göstərib və fərqləniblər:
"Yarışda 48 kiloqram çəki dərəcəsində Məmmədov Sübhan və 60 kiloqram çəki dərəcəsində Qasımzadə Məmmədəli çox parlaq çıxış ediblər. Oyunun lap başından bəri güclərini göstərən boksçularımız güclü rəqiblərə qalib gələrək, çempion olublar. Son illərdə dünyada boks üzrə çempionatlıqda Özbəkistan ən ön sıralardadır, ancaq Rusiya da ondan geri qalmadığını göstərdi. Turnirdə ən güclü boksçular final mərhələsində rus boksçulardan oldu və Azərbaycan idmançıları buna rəğmən qalib gəldilər".
Müsahimiz bununla fərəhləndiyini və gənc nəslin idmana marağını təqdir etdiyini vurğulayıb:
"Əlbəttə uğurlarımızı qeyd etmək üçün tezdir, ancaq turnirin nəticəsində gənc boksçuların tanınan, məğlubedilməz oyunçularla vuruşması, bu mərhələyə qədər gəlib çatması da böyük bir qalibiyyətdir. Ümidvaram ki, cavan nəsil dünya və Avropa oyunlarında daha parlaq nəticə göstərərək, bizi qürurlandıracaqlar".
Zəhra Möhübbətova