Futbolçu yenidən zədələnib

Tarix: 20:36 17.04.2025
Ölkəsində futbolçu karyerasına başladığı "Santos" forması ilə meydana qayıdan 33 yaşlı braziliyalı ulduz futbolçu bir ildən çox zədədən sonra yenidən zədələnib.
Təcrübəli futbolçu Braziliya A seriyasında "Atletiko MG" ilə matçın ilk yarısında sol ayağından zədə alıb. Zədəsi səbəbindən ehtiyat oyunçular skamyasına işarə edən Neymar 34-cü dəqiqədə meydanı göz yaşları içində tərk edib.
Ulduz futbolçu İspaniyanın “Barselona” və Fransanın “Paris Sen-Jermen” klublarında oynadıqdan sonra 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına transfer olunub. Astronomik transfer haqqı və maaşla “Əl Hilal”a imza atan Neymar 2023-cü ilin oktyabrında millidə aldığı çarpaz bağ və menisk zədəsi səbəbindən bir il oynaya bilməyib.
TRT SPOR
Gülhüseynova Güllər