Xarici işlər naziri Hakan Fidan, Əlcəzair Prezidenti Tebbun ilə görüşüb

Tarix: 20:04 21.04.2025
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun rəsmi səfər üçün Əlcəzairdə olan xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Əlcəzair Rəyasət Heyətinin sosial media hesabından edilən açıqlamada, Prezident Əbdülməcid Tebbunun xarici işlər naziri Hakan Fidan və onu müşayiət edən heyətlə görüşdüyü bildirilib. Görüşdə Əlcəzairin xarici işlər naziri Əhməd Attafın da iştirak etdiyi qeyd edilib.
Xarici işlər naziri Hakan Fidan Əlcəzairə rəsmi səfəri çərçivəsində əlcəzairli həmkarı Əhməd Attaf ilə görüşüb.
Fidan və Attaf paytaxt Əlcəzairdə Türkiyə-Əlcəzair Üçüncü Ortaq Planlaşdırma Qrupu İclasına qatılıb.
Mənbə: CNN Türk
Nərmin Həşimova