İran İsrailə casusluqda ittiham edilən şəxsi edam edib

Tarix: 11:15 28.05.2025
İran hakimiyyəti İsrailin xeyrinə casusluqda ittiham olunan Pedram Mədəninin edam edildiyini bildirib. İranın rəsmi xəbər agentliklərinin yaydığı məlumata görə, Mədəni bir sıra ağır ittihamlarla – o cümlədən “Mossad üçün casusluq”, “təhlükəsiz rabitə sistemi vasitəsilə Mossad zabitinə məxfi məlumat ötürmək”, “İsrailin Brüsseldəki səfirliyini ziyarət etmək” və “casusluq fəaliyyəti çərçivəsində İsrailə səfər etmək” – mühakimə olunub.
İnqilab Məhkəməsi tərəfindən "yer üzündə fitnə-fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edilən Mədəniyə qarşı hökm son olaraq İranın Ali Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və cəza icra olunub.
Qeyd olunur ki, Pedram Mədəni təxminən altı il əvvəl casusluq şübhəsi ilə saxlanılıb və bu müddət ərzində aparılan istintaq nəticəsində yuxarıda qeyd edilən ittihamlarla rəsmi şəkildə mühakimə olunub.
Mənbə:Haber global
Mahmudlu Ləman