Qomelauri istefa verib, yerinə Geladze təyin edilib

Tarix: 12:15 28.05.2025
Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri Vaxtanq Qomelauri istefa verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Qomelauri özü bəyanat yayıb.
Gela Geladze Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunub.
Bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, G.Geladze müdafiə nazirinin müavini və Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini olub.