İsrail ABŞ-ni məlumatlandırıb, İrana zərbəyə hazırlaşır

Tarix: 12:19 28.05.2025
İsrail mayın əvvəlində ABŞ Prezidenti Donald Tramp administrasiyasına İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığını bildirib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Qeyd olunub ki, İsrail Baş naziri Benyamin Netanyahu hətta Vaşinqton Tehranla razılığa gəlsə belə, İrana zərbə endirmək əmri verə bilər.