Şahbaz Şərif Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə dəstəyə görə minnətdarlığını bildirib

Bölmə: Siyasət › ,
Tarix: 14:51 28.05.2025

Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan və Türkiyə prezidentlərinə Hindistanla münaqişədə Pakistana dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

 

“İnformator.az”  xəbər verir ki, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb.

 

“Bu günki dünyamızda ciddi çağırışlar, iqtisadi böhranlar, siyasi çağırışlar mövcuddur. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Azərbaycan və Türkiyə kimi qardaşları var. Siz dağ kimi arxamızda dayanmısınız. Biz sülh və ədaləti həmişə üstün tutacağıq.

 

 Zamanın sınağından keçmiş münasibətimiz xalqıarımızın rifahına xidmət edəcək. Bu görüş isə bizə siyasi zərurət verir və qarşılıqlı maraq doğuran sahələrdə irəliləmək üçün platforma verir”, - o qeyd edib.

 

Baş nazir bəyan edib ki, Pakistan regionda sülhün tərəfdarıdır. O vurğulayıb ki, Hindistanla münaqişə Kəşmir xalqının xeyrinə həll olunmalıdır:

 

“Hindistanın bizim üçün yaratdığı digər bir problem içməli su ilə bağlıdır. Ümid edirik ki, bu istiqamətdə Hindistan gələcəkdə heç bir addım atmayacaq. Hindistam həqiqətən də terrorla mübarizədə dialoqa hazırdırsa, Pakistan bu müzakirəyə açıqdır. 

 

Çünki Pakistanın 90 min vətəndaşını terror qurbanı olub, iqtisadiyyatımıza son onillillərdə 150 milyard ziyan dəyib”, - o qeyd edib.