Trampın gömrük rüsumlarına nə olacaq?

Tarix: 22:35 29.05.2025
Amerika Birləşmiş Ştatları Beynəlxalq Ticarət Məhkəməsi, Donald Trampın digər ölkələrdən idxal olunan məhsullara tətbiq etdiyi gömrük tariflərinin hüquqi səlahiyyətlərini aşdığını qərara alaraq, bu tarifələrin tətbiqinin qarşısını almaq barədə qərar verib.
Trampın 2 aprel tarixində elan etdiyi və xarici ölkələrdən idxal edilən məhsullara yönələn gömrük rüsumları ilə bağlı bəzi özəl şirkətlər və ştatlar tərəfindən açılan məhkəmə işində qərar açıqlanıb.
Qərarda bildirilir ki, qarşılıqlılıq prinsipinə əsaslanan bu tariflər, Beynəlxalq Təcili İqtisadi Səlahiyyətlər Aktı çərçivəsində prezidentə verilən səlahiyyətləri aşıb. Bu, Konqresin ticarəti tənzimləmə və vergi qoyma səlahiyyətinə ziddir.
Məhkəmənin qərarına əsasən, mübahisələndirilən tarif qərarları ləğv ediləcək. Onların tətbiqi daimi olaraq dayandırılacaq.
ABŞ mediasının xəbərinə görə, Trampın hüquq komandası bu qərara etiraz edib. Məsələ ilə bağlı apellyasiya prosesi gözlənilir.
Haber Global
Nuray Əliyeva