"Rusiyanın "memorandum"unu hələ heç kim görməyib"-Zelenski

Bölmə: Dünya › ,
Tarix: 22:39 29.05.2025

Rusiya müharibəni uzatmaq və danışıqları pozmaq üçün hər şeyi edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

 

"Rusiya müharibəni uzadır və hələ də Moskvaya təzyiqlə deyil, sözlə təsir etməyə çalışan ölkələri aldadır. Söz verdikləri və bir həftədən artıqdır hazırladıqları “memorandum”u hələ heç kim görməyib”, - deyə o bildirib.

 

Qeyd edək ki, İstanbulda danışıqların yekunlaşmasından sonra Rusiya atəşkəslə bağlı memorandum hazırladığını açıqlayıb. Kreml nümayəndələrinin fikrincə, sənəd gələcək sülh müqaviləsi üçün əsas ola bilər.