Almaniyada ermənilər casusluqda ittiham olunur

Tarix: 23:14 29.05.2025
Almaniyada üç nəfərə Rusiya xüsusi xidmət orqanlarında işləmək və çox güman ki, insan öldürməyə hazırlıq ittihamı irəli sürülüb.
"İnformator.az" Report-a istinadən xəbər verir ki, ötən il iyunun 19-da Frankfurtda xüsusilə ağır cinayət işi üzrə həbs olunan üç nəfərin Ukrayna vətəndaşı A.Robert A., Ermənistan vətəndaşı Vardqes İ. və Rusiya vətəndaşı Arman S. olduğu müəyyən edilib.
Onların soyadları Almaniyanın məxfilik qaydalarına uyğun olaraq açıqlanmır.
"Casusluq əməliyyatının Almaniya ərazisində qətllərə səbəb ola biləcək növbəti kəşfiyyat əməliyyatlarına hazırlıq rolunu oynadığı iddia edilir", - prokurorluq qeyd edib.
Almaniya Prokurorluğu bildiriblər ki, Ermənistan vətəndaşı Vardqes İ. 2024-cü il mayın əvvəlində Rusiya kəşfiyyatından Almaniyada yaşayan və 2022-ci ildə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin heyətində döyüşmüş bir şəxs barədə casusluq etmək əmri alıb.
Vardqes İ. bu məqsədlə Robert A. və Arman S.-ni işə cəlb edib. Sonuncular həmin şəxsin kimliyini müəyyən etmək və onun haqqında əlavə məlumat toplamaq üçün Frankfurtun mərkəzindəki kafedə görüşə dəvət etmək cəhdində ittiham olunurlar.
Prokurorlar bildiriblər ki, həmin şəxs daha əvvəl Almaniya polisi ilə əlaqə saxladığı üçün görüş heç vaxt baş tutmayıb.