Sərmayə əvəzinə vətəndaşlıq: Argentina tarixində ilk qərar

Bölmə: Dünya › ,
Tarix: 23:28 29.05.2025

Argentina Prezidenti Xavyer Miley ölkə vətəndaşlığının əhəmiyyətli investisiyalar qarşılığında əldə olunmasına icazə verən qanun dəyişikliyini imzalayıb.

"İnformator.az" TASS agentliyinə istinadla xəbər verir ki, Argentina iqtisadiyyatına ediləcək hansı yatırımların əhəmiyyətli sayılacağına dair qərarı İqtisadiyyat Nazirliyi verəcək.

 

Sənəddə tələblərə cavab verəcək investisiyanın həcmi göstərilməyib. Bununla belə, daha əvvəl "La Nacion" qəzeti mənbələrə istinadən məlumat vermişdi ki, hökumət 500 min dollardan başlayan layihələrə baxmaq niyyətindədir.