Siyarto: Ukrayna yalnız Macarıstanın razılığı ilə Aİ-yə qəbul edilə bilər

Bölmə: Dünya › ,
Tarix: 14:51 30.05.2025

Macarıstan vətəndaşlarının rəyi nəzərə alınmadan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması məsələsi həll edilməyəcək.

 

"İnformator.az" TASS-a istinadən xəbər verir ki, bunu Budapeştdə mühafizəkar siyasi fəaliyyət üzrə beynəlxalq konfransda çıxış edən Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

 

"Biz macarların fikrini nəzərə almadan Ukraynanın Aİ-yə qəbul olunmasına imkan verməyəcəyik", - deyə o vurğulayıb.

 

Siyarto xatırladıb ki, hazırda ölkədə bu məsələ ilə bağlı ümumxalq səsverməsi keçirilir. Budapeşt Brüssellə məsləhətləşmələrdə səsvermənin nəticələrini nəzərə almaq niyyətindədir.

 

XİN rəhbəri təsdiqləyib ki, Macarıstan hökuməti Ukraynanın tələsik Aİ-yə qəbul edilməsinin əleyhinədir. Onun sözlərinə görə, Macarıstan hökuməti pullarını Ukraynaya xərcləmək niyyətində deyil.


Nazir açıq şəkildə bildirib ki, Macarıstan hökuməti öz xarici siyasətində heç bir dəyişiklik etmək fikrində deyil və mühafizəkar dəyərlərə sadiq qalacaq.