Le Pen Fransa hökumətini etimadsızlıq votumu ilə təhdid edib

Bölmə: Dünya › ,
Tarix: 15:25 30.05.2025

Fransanın Baş naziri Fransua Bayru vergiləri artıracağı təqdirdə "Milli birlik" partiyası hökumətə qarşı etimadsızlıq votumu irəli sürəcək.


"İnformator.az" “Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə "Milli birlik" fraksiyasının sədri Marin Le Pen bu gün Fransa Milli Assambleyasında çıxışı zamanı bildirib.

 

"Əgər Bayru sələfi Barnye kimi vergiləri artırmağı planlaşdırırsa, bizi eyni qərarı qəbul etməyə - etimadsızlıq votumu üçün səs verməyə məcbur edəcək", - o xəbərdarlıq edib.

 

Le Pen xüsusilə ƏDV-nin artırılmasına qarşı çıxır. Fransa Baş nazirinin planlaşdırdığı kimi, bu artım nəticəsində əldə edilən gəlirlərin bir hissəsi sosial təminatın maliyyələşdirilməsinə yönəldiləcək.


"ƏDV-nin artırılması əhalinin ən kasıb kateqoriyalarına ədalətsiz zərbədir, çünki istehlak əhalinin daha imtiyazlı təbəqələri ilə müqayisədə aztəminatlı ailələrin xərclərinin daha böyük bir hissəsini təşkil edir ", - Le Pen hesab edir.