Cənubi Koreya Şimali Koreyaya təbliğat aparan səsgücləndiriciləri söndürüb

Bölmə: Dünya › ,
Tarix: 16:59 11.06.2025

 

Cənubi Koreya ordusu iki ölkə arasında "etimadı bərpa etmək" cəhdinin bir hissəsi olaraq sərhəddən Şimali Koreyaya səsgücləndirici təbliğat yayımını dayandırdığını bildirib.

 

Bu addım ölkənin Koreyalararası əlaqələrin yaxşılaşdırılması üçün kampaniya aparan Li Jae-myungun yeni prezidenti seçilməsindən bir həftə sonraya təsadüf edir.

 

Pxenyan səsgücləndirici təbliğat yayımını müharibə aktı hesab edir və keçmişdə onları partlatmaqla hədələyib.

 

Onlar altı il dayandırılıb, lakin keçən ilin iyununda Pxenyanın sərhəddən cənuba zibillə dolu şarlar göndərmək kampaniyasına cavab olaraq bərpa edilib.

 

BBC

Nəzrin Məmmədova