Dünyanın ən varlı qadınları - SİYAHI

Bölmə: Araşdırma › ,
Tarix: 12:59 03.03.2016

Forbes mütəxəssisləri varlı qadınların sayını 197-dən 190-a kimi azaldıblar. Nəşriyatın məlumatına görə, ötən ilki siyahıda yer alan milyarder qadınlardan 6-sı vəfat edib, 31-nin var-dövləti isə 1 milyard dollardan aşağı düşüb. 
 
Yeni siyahıya 36 milyard dollar var-dövlətlə “Loreal” şirkətinin sahibəsi Lilian Bettankur başçılıq edir. Reytinq üzrə ikinci yerdə “Wal-Mart Stores” şirkətinin varisi Elis Uolton qərarlaşıb. Onun var-dövləti 32 milyard dollardır. Siyahıda ilk üçlüyü “Mars” şirkətinin varisi Jaklin Mars 23,5 milyard dollarlıq sərvətilə tamamlayır. 
 
Forbesin yeni siyahısında 4-cü yerdə 22,1 milyard dollar var-dövlətin sahibəsi olan Mariya Franka Fisola (“Ferrero” şokolad biznesinin varisi) qərarlaşıb. 5-ci pillənin sahibi alman Suzanna Klatten olub. 18,5 milyard dollar var-dövlətə malik olan qadın uzun zaman ərzində anasından gizlin yolla BMW səhmlərini qəbul edib. 
 
Reytinqdə 6-cı yeri “Apple”ın yaradıcısı Stiv Cobsun həyat yoldaşı Louren Pouell Cobs tutub. Onun var-dövləti 16,7 milyard dollar dəyərində qiymətləndirilir. Siyahıda 7-ci yerdə isə 13,1 milyard dollar sərvətə malik amerikan işqadını Ebiqeyl Conson qərarlaşıb.