Cavan Zeynallı “Retro Bakı” layihəsində

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:17 22.07.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 23-24 iyul saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İnformator.az xəbər verir ki, bu həftənin konsert proqramında tanınmış cazmen, əməkdar incəsənət xadimi Cavan Zeynallı, həmçinin, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev, “Odlar Yurdu” qrupu maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görşünə gələcək.

Retro musiqisini sevənləri həftə sonunu bizimlə keçirməyə dəvət edirik!