“Anadolu rəngləri”

Bölmə: Mədəniyyət › ,
Tarix: 16:28 27.12.2016

Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Dekabr ayının 23-də Heydər Əliyev sarayında Azərbaycanın müvafiq qurumlarının, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Yunus Emrə Enstitüsünün birgə təşkilatçılığı ilə “Anadolu rəngləri” adlı konsert proqramı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd iki dövlət bir millət prinsipinə əsaslanaraq Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin əbədi və qırılmaz olduğunu göstərmək idi. Proqramı giriş sözü ilə açan nümayəndələr iki qardaş ölkə arasında tarix boyu davam edən hərtərəfli xoş münasibətlərdən danışdıqdan sonra konsert nömrələri başlayıb. Bir saatdan çox davam edən tədbirdə türk sənət musiqiləri, türk xalq musiqiləri, xalq rəqsləri tamaşaçıların marağına səbəb olub.
Onu da qeyd edək ki, konsert proqramında BDU-nun filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, professor Yeganə Nehmətullanın rəhbərliyi ilə universitetin jurnalistika fakültəsinin bir neçə tələbəsi-Minayə Zamanova, Şəbnəm Qurbansoy və Kənan Novruzov da iştirak ediblər.