Azərbaycan ədəbiyyatı Avropanın mərkəzi kitabxanalarında

Tarix: 16:13 08.05.2018
Azərbaycan Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələri çərçivəsində bu il Almaniyada işıq üzü görmüş “Sirr” (Azərbaycan hekayələri) kitabı bir sıra Avropa ölkələri kitabxanalarına yerləşdirilib.
Mərkəzin mətbuat xidmətindən İnformator.az-a verilən məlumata görə, müasir Azərbaycan nəsrinin mənzərəsini əks etdirən kitabın nüsxələri Almaniyanın Berlin, Boxum, Bamberq, Yena, Frayburq, Halle universitetlərinin kitabxanaları, Berlin Ədəbiyyat və İncəsənət araşdırmaları Mərkəzinin kitabxanası, Münhen Şərqi Avropa İnstitutu kitabxanası, Vyana Universiteti kitabxanası, İnnsburq, Qrats, Zaltsburq şəhər kitabxanaları, İsveçrənin Sürix və Bazel şəhərlərinin Mərkəzi kitabxanaları, Bern Universitetinin kitabxanası, Lüksemburq Universiteti kitabxanası, eləcə də Lixtenşteyn Mədəniyyət İdarəsi kitabxanalar şəbəkəsində yer alıb.
Qeyd edək ki, kitaba Cəlil Məmmədquluzadə, Mir Cəlal, İsa Hüseynov, Sabir Əhmədli, İsiMəlikzadə, Maqsud İbrahimbəyov, Yusif Səmədoğlu, Anar, Elçin, Mövlud Süleymanlı kimi ədəbi simaların əsərlərinin toplandığı kitabı alman dilinə alman və avstriyalı tərcüməçilər – LutsEngel, HelqaPabl, Sena Doqan, HildaTanik, MarionKubin-Semyonova, Valtraut və Volfram Şröderlər çevirib.