QHT İstedadlı gənclər arasında “Şuşa Zirvəsi” adlı növbəti müsabiqə keçirdi-FOTOLAR

Bölmə: Mədəniyyət › ,
Tarix: 13:16 16.10.2022

İstedadlı gənclər arasında “Şuşa Zirvəsi” adlı növbəti müsabiqə keçirildi.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi İstedadlı gənclər arasında Şuşa Zirvəsi adlı növbəti müsabiqə keçirib.
Suraxanı rayonu 316 nömrəli məktəbdə və Qubadlı rayonu Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbdə keçirilən müsabiqədə məktəblilər istedadlarına uyğun olaraq, qiraət, rəsm, xanəndəlik, aşıq sənəti idman və malik olduqları digər bacarıqlar üzrə iştirak edib.
Məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə baş tutan müsabiqədə təqdimatlar münsiflər tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
“İstedadları Tanıyaq və Tanıdaq” İB-nin sədri Vüsalə Qələndərlinin İNFORMATOR.AZ–a verdiyi məlumata görə, bununla da “İstedadlı gənclər arasında Şuşa Zirvəsi adlı müsabiqə” yekunlaşıb. Bakı şəhəri üzrə üç məktəbdə keçirilən müsabiqənin qalibləri müəyyənləşib. Qeyd edək ki, 23 oktyabrda Şuşaya aparan “Zəfər yolu” adlı böyük konsert proqramı keçiriləcək. Proqramda rəsmi qonaqlar, Vətən müharibəsi qəhrəmanlarının istedadlı övladları, bundan öncə keçirilmiş müsabiqədə iştirak edən şagirdlər və onların yaxınları iştirak edəcək. Konsertdə “Şuşa Zirvəsi” müsabiqəsində iştirak etmiş və qalib gəlmiş şəxslərə diplom və hədiyyələr təqdim ediləcək.
Xatırladaq ki,Müsabiqə İlk olaraq Bakı şəhəri Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbdə keçirilmişdi.