İnsan beyninin ən aydın görüntüsü yayımlanıb

Bölmə: Araşdırma › ,
Tarix: 20:17 04.04.2024

Fransada dünyanın ən güclü MRT cihazı ilə çəkilmiş insan beyninin ən aydın görüntüsü yayımlanıb.

 

Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) dünyanın ən güclü maqnit rezonans görüntüləmə (MRT) cihazı ilə əldə edilən insan beyninin ən aydın görüntüsünü paylaşıb. CEA-nın verdiyi yazılı açıqlamada, "Iseult" adlı MRT cihazı ilə çəkilmiş beyin şəklinin 20 ildən çox davam edən araşdırma nəticəsində əldə edildiyi bildirilib.

 

Araşdırmalar çərçivəsində MRT cihazının son bir neçə ayda təxminən 20 sağlam könüllü üzərində sınaqdan keçirildiyi və ən aydın beyin görüntüsünün təxminən 4 dəqiqə ərzində əldə edildiyi ifadə edildi. Açıqlamada qeyd olunub ki, 11.7 Tesla maqnit gücünə malik Iseult MRI aparatı ilə qısa müddətdə çəkilən görüntülər xəstəxanalarda çox istifadə edilən cihazlarla əldə etmək saatlar çəkə bilər.

 

Iseult Layihəsinin prezidenti və CEA Araşdırma Direktoru Nicolas Boulant, verdiyi açıqlamada daha keyfiyyətli məlumat əldə etmək üçün araşdırmaların daha bir neçə il davam edəcəyini və məqsədlərinin psixiatriya sahəsində bir çox xəstəliyi araşdırmaq olduğunu bildirdi. 2026-2030-cu ilə qədər şizofreniya və bipolyar pozğunluqla yanaşı nörodejenerativ xəstəliklərin olduğunu ifadə etdi.

 

Iseult MRT cihazı ilə əldə edilən ultra detallı anatomik məlumatların Alzheimer və Parkinson kimi xəstəliklərin diaqnozuna kömək edəcəyi gözlənilir.

 

Mənbə: HaberTürk

Tehran Yusifli