Peskov Ukrayna ilə bağlı İsveçrə konfransında mümkün sürprizləri açıqlayıb
Bölmə: Siyasət › ,Tarix: 23:19 07.06.2024
Moskva Ukrayna üzrə İsveçrə konfransında hər hansı sürprizi, o cümlədən ABŞ prezidenti Co Baydenin səfərini istisna etmir. "İnformator.az" RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Görünür, xanım Harris artıq iştirak etmək üçün təyin olunub, lakin hər hansı sürpriz ola bilər", - Peskov bildirib.
O qeyd edib ki, İsveçrə konfransı avropalıların gələcəyi üçün “boş tədbirdir”.
İsveçrə hökuməti “sülh sammitinə” 160-dan çox ölkədən nümayəndə heyətinin dəvət edildiyini açıqlayıb. Konfrans son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulu” müzakirə olunacaq.
İyunun 7-də Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibi Antonio Quterreşin Ukrayna üzrə iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlayıb.
Banuçiçək Kalbalıyeva