Qərb Rusiyanı Moldovada seçkilərə təsir etmək cəhdində ittiham edib

Tarix: 19:06 13.06.2024
"Rusiya 2024-cü ildə Moldovada keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışır". Bu barədə ABŞ , Böyük Britaniya və Kanadanın Amerika Dövlət Departamentinin dərc etdiyi birgə bəyanatda deyilir.
“Biz bu addımı demokratik tərəfdaşlarımızı və müttəfiqlərimizi Rusiya agentlərinin 2024-cü ilin payızında Moldovada keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etmək planları barədə xəbərdar etmək üçün atırıq”, - sənəddə deyilir.
Bundan əvvəl Moldova Mərkəzi Seçki Komissiyası ölkədəki bir sıra müxalifət partiyalarını müvəqqəti olaraq maliyyə vəsaitindən məhrum edib .
Bundan əvvəl Moldova Avropa İttifaqına üzv olmaqdan imtinaya görə cinayət məsuliyyətinin tətbiqi barədə düşünürdü . Təşəbbüsə görə, hakimiyyət “ölkənin yeganə mümkün kursu” kimi müəyyən ediləcək Avropaya inteqrasiya kursundan imtina etmək istəsə, məsuliyyət daşıyacaq.
Mənbə: Reuters