NATO Ukrayna üçün sülh şərtlərini müəyyən etməyəcək

Tarix: 21:44 13.06.2024
NATO-nun baş katibi Yens Stoltenberq vəd edib ki, NATO Ukrayna üçün sülhün bağlanacağı şərtləri müəyyən etməyəcək . Bu barədə "İnformator.az" RİA Novostiyə istinadən xəbər verir.
“Biz burada qərargahda oturub Ukraynanın hansı şərtlərlə sülh bağlayacağına qərar verməyəcəyik... Buna Ukraynanın özü qərar verəcək”, - alyansın rəhbəri bildirib.
Bundan əvvəl Stoltenberq alyans və Ukraynanın hərbi-texniki əməkdaşlıq üçün yol xəritəsini təsdiqlədiyini bildirib . Lakin NATO-nun baş katibi heç bir təfərrüat açıqlamayıb.
Bundan əlavə, o, Ukraynaya Qərb F-16 qırıcılarının köməyi ilə Rusiya ərazisinə hücum etməyə icazə verilib-verilməməsi sualına birbaşa cavab verməkdən yayındı və yalnız Ukraynanın özünü müdafiə etmək hüququna malik olduğunu, NATO ölkələrinin isə ona kömək etmək hüququna malik olduğunu söylədi.