Putin İran lideri ilə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib

Bölmə: Siyasət › ,
Tarix: 22:51 13.06.2024

Rusiya prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberlə iki ölkə arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib. Bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

 

“Beynəlxalq arenada müəyyən qarşılıqlı fəaliyyət məsələlərinə, o cümlədən İran İslam Respublikasının 2024-cü il yanvarın 1-dən tamhüquqlu üzv olduğu BRİKS assosiasiyasında Rusiyanın sədrliyi ilə bağlı məsələlərə toxunulub ”, - Kreml bildirib.

 

Tərəflər ölkələr arasında, o cümlədən enerji və nəqliyyat sahələrində əməkdaşlığı da müzakirə ediblər.

 

Bundan əvvəl Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi , Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin direktoru Zamir Kabulov qeyd edib ki, Tehranın prezident seçkilərinə hazırlığı ilə əlaqədar İranla əməkdaşlıq sazişinin hazırlanması dayandırılıb .