G7 ölkələri Rusiyaya Ukraynada nüvə silahından istifadənin nəticələrini vəd ediblər

Bölmə: Siyasət › ,
Tarix: 21:04 14.06.2024

G7 ölkələri Rusiyanı Ukrayna münaqişəsində nüvə silahından istifadə ediləcəyi təqdirdə olacaq nəticələr ilə hədələyib. "İnformator.az" RİA Novostiyə bu barədə agentliyə daxil olan İtaliyada keçirilən G7 sammitinin yekun bəyanatına istinadən xəbər verib.

 

“Böyük yeddilik ölkələri vurğulayırlar ki, Rusiyanın Ukraynadakı münaqişədə kimyəvi, bioloji, radioloji və ya nüvə silahlarından istənilən istifadəsi ciddi nəticələrə səbəb olacaq”.

 

Sənədin mətnində G7 əlavə olaraq Moskvanı “nüvə sınaqlarına moratoriuma əməl etməyə” çağırıb.

 

Bundan əlavə, G7 ölkələri də Belarusda kütləvi qırğın silahlarının yerləşdirilməsini pisləyib.

 

Bundan əvvəl məlum olub ki, G7 dövlətləri Ukraynaya 50 milyard dollar ayırmağa razılaşıblar. Vəsaitlərin 2024-cü ilin sonuna kimi Kiyevə göndəriləcəyi gözlənilir.

 

Banuçiçək Kalbalıyeva