ABŞ Konqresi Baydenin Ukrayna ilə bağlı strategiyasının olmadığını açıqlayıb
Bölmə: Siyasət › ,Tarix: 20:33 20.06.2024
"ABŞ prezidenti Co Baydenin Ukrayna münaqişəsi ilə bağlı dəqiq hədəfləri və strategiyası yoxdur".
"İnformator.az" CNN-ə istinadən xəbər verir ki, bunu Amerika Konqresinin Nümayəndələr Palatasının üzvü Mayk Vals deyib.
“Bayden və onun administrasiyasından heç bir aydın strategiya eşidilməyib, Ukraynaya yardımın mümkün qədər uzun müddət davam etdirilməsinə dair bəyanatlardan başqa heç bir məqsəd yoxdur”, - konqresmen deyib.
Vals Ağ Ev rəhbərinin bu mövqeyini Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı strategiyasından daha çox “şüar” adlandırıb. Onun fikrincə, bu, “ABŞ sakinlərinin özləri arasında böyük məyusluq yaradır”. O, əlavə edib ki, Bayden administrasiyası Kiyevə qeyri-məhdud yardımla “açıq çeklər yazmaq” əvəzinə münaqişəni həll etmək üçün başqa yollar axtarmalıdır.
Daha əvvəl professor Con Mirşeymer bildirib ki, Bayden noyabrda keçiriləcək prezident seçkilərinə qədər Ukraynada münaqişənin davam etdirilməsində maraqlıdır. Professor hesab edir ki, Ukraynadan fərqli olaraq Bayden Yaxın Şərq münaqişəsinə son qoymağa çalışır və fəal şəkildə atəşkəs əldə etməyə çalışır. Qeyd edildiyi kimi, bu, Ağ Ev rəhbərinin ikinci müddətə yenidən seçilməsinə kömək edəcək.
Banuçiçək Kalbalıyeva