Putin: Cənubi Koreya Ukraynaya silah tədarük edərsə, Rusiya tədbir görəcək

Bölmə: Siyasət › ,
Tarix: 21:07 20.06.2024

"Cənubi Koreya Ukraynaya silah tədarük etmək qərarına gəlsə, o zaman Moskva Seulun xoşuna gəlməyəcək tədbirlər görəcək".  

"İnformator.az" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

 “Döyüş zonasına, Ukraynaya öldürücü silahların verilməsinə gəlincə, bu, çox böyük səhv olardı. Ümid edirəm ki, bu baş verməz. Bu baş verərsə, o zaman biz də Cənubi Koreyanın hazırkı rəhbərliyini razı sala bilməyən müvafiq qərarlar qəbul edəcəyik”, - Rusiya lideri bildirib.

 

 Bundan əvvəl “The New York Times” yazıb ki, ABŞ və Avropa İttifaqı Şimali Koreyanın Rusiya ilə əməkdaşlığa görə güclü nüvə gücünə çevriləcəyindən ehtiyat edir.