Rusiya XİN İranla nüvə sazişinin iflasa uğradığını etiraf edib
Bölmə: Siyasət › ,Tarix: 23:10 21.06.2024
Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) və ya İranla “nüvə sazişi” iflasa uğramaq ərəfəsindədir. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov E.M.Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin “Yaxın Şərq Ekspresi” podkastında deyib.
“İranla nüvə razılaşması elə bir nöqtədə dayanıb ki, o, sazişin tamamilə dağılmasına doğru irəliləyəcək”, - diplomat bildirib.
Eyni zamanda, Ryabkov diplomatik iş resursunun “hələ tam tükənmədiyini” vurğulayıb. O əlavə edib ki, Rusiya tərəfi sövdələşmənin iflasa uğramaması üçün rəqiblərinə təsir etməkdə davam edir.
Mayın 5-də İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib ki, ölkə “nüvə adası” kimi tanınan atom elektrik stansiyasında nüvə reaktorunun istismarı üçün kompleksin tikintisinə başlamağı planlaşdırır".