"Fransa yaxın gələcəkdə Ukraynaya döyüşmək üçün qoşun göndərməyəcək"-Makron

Bölmə: Siyasət › ,
Tarix: 21:50 24.06.2024

Fransa prezidenti Emmanuel Makron bildirib ki, fransız əsgərləri yaxın gələcəkdə Ukraynaya döyüşmək üçün göndərilməyəcək. Bu barədə "İnformator.az" Tass-a istinadən xəbər verir. 

 

"Mən müharibənin bizim ərazimizə gələcəyini düşünmürəm, sizi əmin etmək istəyirəm. Biz sabah da Ukrayna ərazisində hərbi əməliyyatlara başlamayacağıq, sizi əmin edə bilərəm", - deyə AFP onun "Generation Do it Yourself"ə verdiyi açıqlamasından sitat gətirib.

 

Fransa prezidenti deyib ki, o, “münaqişənin Fransaya sıçrayacağından qorxanların” narahatlığını anlayır.

 

Fevralın 26-da Parisdə Ukrayna ilə bağlı keçirilən konfransdan sonra Fransa prezidenti Emmanuel Makron bildirib ki, iştirakçılar Ukraynaya quru qoşunlarının göndərilməsini nəzərdən keçiriblər. Konsensus əldə olunmasa da, gələcəkdə belə bir ssenari üçün qapını açıq qoyub. Daha sonra o, “Rusiya qüvvələrinin cəbhə xəttini yarması” halında Kiyev bunu tələb edərsə, Ukraynaya qoşun göndərilməsi məsələsinin yenidən gündəmə gətirilə biləcəyini təkrarladı və Le Monde daha sonra yazıb ki, Makron təlimatçılar göndərmək üçün Aİ koalisiyası yaratmağa çalışır.