Suriya Putinin Ukrayna ilə bağlı sülh təklifini yüksək qiymətləndirir-Bəşər Əsəd

Bölmə: Siyasət › ,
Tarix: 21:43 26.06.2024

Suriya lideri Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin nizamlanması üçün irəli sürdüyü sülh təklifini yüksək qiymətləndirib. Bu barədə "İnformator.az" Tass-a istinadən xəbər verir.

 

Əsəd bu fikrini Rusiya prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi və onun nümayəndə heyətini Dəməşqdə qəbul edərkən bildirib.

 

"Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən sülh təşəbbüsü iki ölkə arasında sülh yolu ilə nizamlanması üçün real əsasdır", - Əsədin ofisindən sitat gətirilib.

 

"Qərb və Ukraynanın Rusiyanın bu təşəbbüsündən imtina etməsi faktı onların qana görə mütləq məsuliyyətindən xəbər verir", - Suriya lideri əlavə edib.