Türk lirəsi inflyasiyanın artması fonunda yeni antirekorda çatıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:44 27.06.2024

Türkiyənin investing.com saytı xəbər verir ki, hərracda türk lirəsinin maksimal məzənnəsi bir dollar üçün 33,13 lirəyə çatıb ki, bu da Türkiyənin milli valyutası üçün antirekord olub.

 

Türk lirəsi ölkədə inflyasiyanın artmasına paralel olaraq bir neçə ildir ki, dəyərini itirir.

 

Lirənin kəskin ucuzlaşması 2024-cü ilin mayında prezident və parlament seçkiləri zamanı başlayıb. Prezident seçkilərinin birinci turu öncəsi mayın 14-də dolların məzənnəsi 19,57 lirə idi.

 

Türkiyə hakimiyyəti ilin ikinci yarısında iqtisadi vəziyyətin sabitləşəcəyinə əmindir. Türkiyənin maliyyə naziri Mehmet Şimşək inflyasiyanın iyunda azalmağa başlayacağını və may ayında 75,4%-dən ilin sonuna kimi 38%-ə çatacağını bildirib.