Telejurnalistə vəzifə verildi

Bölmə: MEDİA › ,
Tarix: 18:06 06.07.2024

"İnformator.az" Bugun.tv-yə istinadən xəbər verir ki, Media Tədris Mərkəzinin İctimaiyyətlə əlaqələr departamentinə yeni təyinat olub. Bugündən etibarən telejurnalist Samirə Novruzova mərkəzdə mətbuat katibi vəzifəsini icra edəcək.

 

O, müsahibəsində Media Tədris Mərkəzinin fəaliyyətindən danışıb. Samirə Novruzovanın sözlərinə görə, Media Tədris Mərkəzində televiziyanı əhatə edən bütün peşələr üzrə təlimlər təşkil olunur. Dərsləri ölkədə fəaliyyət göstərən universitetlərin jurnalisitka fakültələrinin müəllimləri, tanınmış televiziyaçılar keçir. Media qurumlarının rəhbərləri, peşəkar reportyorlar öz təcrübələrini tələbələrlə bölüşürlər.

 

“Media Tədris Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva tələbələrə müasir televiziyanın sirlərini öyrədir. Onları nəzəri biliklərlə yanaşı, praktikalara cəlb edir. Bundan başqa mərkəzdə, düzgün danışıq, tələffüz, diksiya təlimləri də təşkil olunur. Media Tədris Mərkəzi rejissor, operator, montaj, fotoqraf, videoqraf peşələrində çalışmaq istəyənləri də unutmayıb. Burada həmin peşələr üzrə də 4-6 aylıq kurslar keçilir”, – deyə, S.Novruzova vurğulayıb.

 

Bunlarla yanaşı Media Tədris Mərkəzində SMM və Rəqəmsal medianı öyrənmək üçün peşəkar mütəxəssislərin təlimlərinə də qatılmaq mümkündür.

 

Arzu edənlər mərkəzlə əlaqə saxlayıb (0556401207), qeydiyyatdan keçə bilərlər.