Ağcaqanad əleyhinə spreylərin orqanizmə təsirləri-Həkim RƏYİ
Bölmə: Sosial › ,Tarix: 19:32 01.08.2024
İnsanlar ağcaqanadları və digər həşəratları karbon qazı və dəri qoxusu ilə cəlb edir.
Bəs ağcaqanad əleyhinə spreylər sağlamlığınıza zərərlidirmi ?
Məsələ ilə bağlı toksikoloq Azər Maqsudov "informator.az"a açıqlama verib. O bildirib ki, ağcaqanada qarşı spreylərin əsas tərkibinə fikir vermək lazımdır:
"Bunlar replet qrupuna aiddir. Repelentlər müxtəlif formalarda olur. Dəriyə spreylər və kremlər tətbiq olunur və bəzən "fumiqantlar" adlanan məkan repellentləri qızdırılır və havaya yayılır.
Burada əsas diqqət azyaşlı uşaqlar və yaşlılar üçündür.
Repelentlərin tərkibində kimyəvi maddələr həssas olduqda nəfəs və qan-damar sisteminə də təsir edir. O cümlədən də qan təzyiqinin qalxması, tənqinəfəslik, hava çatışmamazlığı kimi simptomlar büruzə verə bilər. Bu spreylərin tərkibində olan kimyəvi maddələr uşaqlarda allergiya yatmasına rol oynayır.
Ona görə də bu spreyləri istifadə etdikdə mütləq həmin otağa 2-3 saatdan sonra daxil olmaq lazımdır".
Mayıl Soltanov