Azərbaycanda orta aylıq əməkhaqqı nə dərəcədə ürəkaçandır?-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 15:55 13.08.2024
"Azərbaycanda əhalinin əmək qabiliyyəti olan əhalinin təxminin orta aylıq əməkhaqqının 50, 60, 70 faiz həcmində əməkhaqqı alır. Orta aylıq əməkhaqqından aşağı maaş alanların sayı kifayət qədərdir".
Bu sözləri "informator.az"a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli söyləyib. Onun sözlərinə görə, orta aylıq əməkhaqqından yuxarı maaş alanların sayı az olsa da, onların aldıqları maaş kifayət qədər çoxdur:
"Minimum əməkhaqqı 350 manatdırsa, orta aylıq əməkhaqqı 1000 manat ətrafında fırlanır. Azərbaycan da, 70000-80000 əməkhaqqı alan işçilər var. Orta aylıq əməkhaqqından 70, 80 dəfə çox maaş alan insanlar var. Yüksək əməkhaqqı alan işçilərin əməkhaqqında 3, 5% artım olanda bu, artıq yüksək göstərici kimi görülür. Həmin yüksək əməkhaqqı hesabına orta aylıq əməkhaqqı artır. Əslində Azərbaycan kimi əksəriyyətin orta aylıq əməkhaqqından kifayət qədər aşağı əməkhaqqı aldığı bir ölkədə minimumum əməkhaqqı, orta aylıq əməkhaqqı bununla bərabər, median əməkhaqqı hesablansın. Median əməkhaqqı hesablansa, bu, göstəricilər özündə daha dəqiq ehtiva edər. Əksəriyyət təxminən median əməkhaqqı həcmində əməkhaqqı alır. Median əməkhaqqı ölkə ərazisində əmək qabiliyyətli, işlək, məşğul əhalisinin daha az əməkhaqqı alan yarısının orta aylıq əməkhaqqıdır. Orta aylıq əməkhaqqı tutaq ki, yüksələn xəttlə düzülür. Ən az alanların 50%-i götürülür, həmin 50% əməkhaqqının orta aylıq əməkhaqqı çıxarılır".
Nigar Səmədli