Tarixin rüsvayçılığı: Ən çox bomba Qəzzaya atıldı
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/6693126_4.jpg)
Tarix: 14:38 27.08.2024
Dünya tarixinin ən dağıdıcı müharibələrindən biri olan İkinci Dünya Müharibəsinin acı xatirələri London Blitz hücumları, Xirosima və Naqasakiyə atılan atom bombaları, Drezdenin bombardmanı kimi hadisələrlə yaddaşlarda həkk olunur.
Ancaq bu gün Qəzzada baş verənlər hətta tarixdəki bu faciələrə də kölgə salan bir fəlakəti ortaya qoyur. İsrail 2023-cü il oktyabrın 7-dən etibarən ordunun həyata keçirdiyi vəhşi hava hücumları bəşər tarixində ən böyük dağıntılardan birinə səbəb olub.
81 min ton bombanın atıldığı Qəzzada yüz minlərlə insanın həyatı alt-üst edildi; Minlərlə dinc sakin, qadın və uşaq həyatını itirib, milyonlarla insan ev-eşiyindən didərgin düşüb.
Beynəlxalq Qanun Qaydalara məhəl qoyulmayan bu dağıntı müasir müharibələrin vəhşiliyini və insan dramını ən parlaq şəkildə ortaya qoyur. Qəzzada davam edən bu fəlakət dünya ictimaiyyətinin gözü qarşısında baş verir və tarixin ən qaranlıq səhifələrindən biri kimi qeyd olunur.
Mənbə: TRT Haber
Fidan Fərhadlı