Verstappen: "avtomobil balans baxımından çox pis nöqtəyə gəlib"

Bölmə: İdman › ,
Tarix: 17:32 27.08.2024

Maks Verstappen bazar günü qələbə üçün Lando Norrisə meydan oxumağa çalışsa da, yarışı 22 saniyə geridə qoyaraq ikinci olub.

Yarışda şənbə gününə nisbətən daha çox problem yaşayıb-yaramadığı sualına Verstappen belə cavab verdi: "Bütün həftə sonu eyni idi. İlk məşqdən finişə qədər balans demək olar ki, fərqlənmirdi. Bunun səbəbləri barədə nəticə çıxarmaq çox çətindir. Maşın sürətli deyildi, bu, göz qabağındadır. Bu vəziyyəti mümkün qədər tez düzəltmək lazımdır. Həm ön, həm də arxada tarazlıq yoxdur. İlk yarışlarda bu problemlər yox idi. Birşey maşını idarə etməyi çətinləşdirib. Bunun səbəbini tapmaq çox çətindir. Bu, həm bir dövrədə, həm də yarış tempində bizə təsir edir.

Bu həftəsonu çox pis keçdi. Son yarışlar da əla alınmadı. Amma panikaya ehtiyac yoxdur. Vəziyyəti yaxşılaşdırmağa çalışırıq. İş davam edir. Hazırda ən sürətli avtomobilimiz yoxdur. Problemlərimiz var və onları həll etməyə çalışırıq".

Verstappen liderliyi ələ keçirən zaman qalib gəlmək barədə düşünüb-düşünmədiyiniz sualına belə cavab verib: “Mən sadəcə öz yarışımı idarə etməyə çalışdım, təkərlərə fikir verdim, bacardığım hər şeyi etdim. Bir anda maşın daha dönmürdü və Lando arxamca gəldi. Növbəti dövrədə edə biləcəyim heç nə yox idi. Ona görə də o, qabağa düşən kimi mən bütün diqqətimi yarışıma cəmlədim və ikinci yeri tutmağa çalışdım”.

Verstappen Monzada baş verəcəkləri şərh etməkdən çəkinir.
"Orada nə baş verəcəyini bilmirəm. Balans məsələlərini həll etsək, onsuz da çox kömək edəcək. Monzada asfalt, bordürlər və hətta 1 və 2-ci döngələrin mövqeyi kimi bir çox yeniliklər var. Bütün bunlarla biz məşğul olmalıyıq".

Mənbə: Motorsport
Məhəmməd Qasımov