İsraillə münaqişədə olan Hizbullah daha bir üzvünün öldüyünü açıqlayıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/7526257_8.jpg)
Tarix: 19:35 28.08.2024
Hizbullah tərəfindən yayımlanan başsağlığı mesajında şərqdəki Baalbek şəhərindən olan Məhəmməd Həsən Tahanın İsrail ordusu ilə davam edən qarşıdurmada həyatını itirdiyi bildirilib.
İsrail ilə 8 oktyabr 2023-cü ildən bəri davam edən qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 432-yə yüksəldi.
Livan Rəsmi xəbər agentliyi NNA, gecə saatlarında İsrail ordusunun Baalbek şəhərindən təxminən 16 kilometr şimalda yerləşən Resm əl-Hədes qəsəbəsində hərəkət edən yük maşınına PUA-dan atılan raketlə zərbələr endirdiyini bildirib.
Səhiyyə Nazirliyi də ifadəsində yüngül xəsarət alan şəxsə ilkin tibbi yardım göstərildiyini bildirib.
Digər tərəfdən, Hizbullah İsrail ordusunun mövqelərini pilotsuz təyyarə ilə hədəfə aldığını bildirib.
Hizbullahın verdiyi açıqlamada hücumun Baalbekdəki üzvlərindən birinin öldürülməsinə cavab olaraq həyata keçirildiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrailin şimalında, sərhədə yaxın Yaara qəsəbəsində İsrail əsgər və zabitlərinin yerləşdiyi yerlər "dəqiq" hədəfə alınıb.
Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova