İsrail ordusu Suriyada hava hücumu təşkil etdiyini açıqlayıb
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/3141663_0.jpg)
Tarix: 19:44 28.08.2024
İsrail ordusu Suriya ilə Livan sərhədində İslami Cihad Hərəkatının Faris Qasimi hədəf alan hava hücumu təşkil etdiyini bildirib.
Ordudan edilən yazılı açıqlamada, İsrail Hava Qüvvələri Suriya-Livan sərhədinə hava zərbəsi təşkil etdiyi bildirilib.
İslami Cihad Hərəkatından Faris Kasımın öldürüldüyü iddia edilən hücumda istifadə edilən təyyarənin növü ilə bağlı məlumat verilməyib.
Qasimin İslami Cihadda önəmli bir şəxs olduğu iddiası ilə müxtəlif iddialar irəli sürülüb.
Suriya rejiminə yaxın sosial media hesabları, İsrail pilotsuz uçuş aparatının (PUA) Suriyanın paytaxtı Dəməşqə hava hücumu təşkil etdiyini bildirdi.
İsrailə məxsus PUA-nın Dəməşq-Beyrut yolunda hərəkət edən bir avtomobili hədəf aldığı bildirilib, lakin can itkisinin olub olmadığına dair məlumat verilməyib.
Mənbə : TRT XƏBƏR (TRT HABER)
Lalə Qafarova