İsrailin Qəzzada törətdiyi qətliamda daha 51 nəfər həyatını itirib

Bölmə: Dünya › ,
Tarix: 13:22 29.08.2024

Qəzza Mülki Müdafiə İdarəsi dünən səhər saatlarından etibarən İsrailin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda aralarında uşaq və qadınların da olduğu 51 fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Məsələ ilə bağlı Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal Telegram hesabında açıqlama yayıb.

Basal  bildirib ki, dünən səhərdən etibarən Zolağın müxtəlif bölgələrinə edilən hücumlar nəticəsində aralarında uşaq və qadınların da olduğu 51 fələstinli həlak olub.

Sözçü Basal həmçinin qeyd edib ki, hücumlarda çoxlu sayda insan, çoxu uşaq və qadınlar yaralanıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 589-u uşaq, 10 min 980-i qadın olmaqla 40 min 534 fələstinli həyatını itirib, 93 min 778 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və xəstəxanalartəhsilMülki infrastruktur da qurumları hədəf alaraq məhv edilir.

Mənbə: TRT Haber
Fidan Fərhadlı