Keçeli: Türkiyə ilə İraq arasında terrorla mübarizədə ortaq iradə var
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/7175580_7.jpg)
Tarix: 21:04 29.08.2024
Xarici İşlər Nazirliyi Kərkükdəki insidentin işıqlandırılması üçün İraq rəsmiləri ilə koordinasiya qurulduğunu açıqlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Türkiyənin özünümüdafiə hüququna uyğun olaraq İraq torpaqlarında terror təşkilatına qarşı mübarizəsini davam etdirdiyinə diqqət çəkib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Kərkükdəki insidentlə bağlı İraq Birgə Əməliyyat Komandanlığından açıqlama verildiyini bildirib.
Sözçü Keçeli, "Hadisənin tam təfərrüatlı şəkildə aydınlaşdırılması üçün İraq rəsmiləri ilə koordinasiya əldə olunub. Türkiyənin terrorla mübarizədə qətiyyəti tamdır. Türkiyə İraq ərazisində yerləşən terror təşkilatına qarşı mübarizəni mənlik prinsipinə uyğun olaraq davam etdirir" dedi.
Mənbə: TRT Haber
Fidan Fərhadlı