Oğru təəccübləndirdi! Evə soxulub, yemək bişirib, qab yuyub

Bölmə: Maraqlı › ,
Tarix: 20:14 30.08.2024

ABŞ-da nəzakətli "oğru" evlərə soxularaq ehtiyaclarını ödəyib. Polis cinayətkarın Vaşinqtonda evlərə soxulub, yemək bişirib qab-qacaq yuyub, sonra heç nə oğurlamadan çıxıb getdiyini bildirib.

Bildirilib ki, evə girən şəxsin evdən çıxmazdan əvvəl qoyduğu qeyddə o, "Çox ac idim. Evinizə girdim. Xahiş edirəm, məni bağışlayın. Yeməyinizi yedim, paltarımı yudum, duş aldım" dediyi bildirilib.

ABŞ polisi elan etdi ki, “nəzakətli”, lakin ac bir oğru Vaşinqtonda evlərə soxularaq yemək bişirib qabları yuduqdan sonra heç nə oğurlamadan oranı tərk edib.

Şübhəlinin Yelm şəhərindəki evinə soxularaq mətbəxin pəncərəsini sındıraraq və bütün əşyalarını istifadə etdikdən sonra zərərçəkənlərdən Eddi Andujo onun zarafat kimi oynanıldığını düşünüb.

İçəri girən şəxs getməzdən əvvəl hətta duş qəbul edib, paltarlarını yuyub və yorğanı qatlayıb.

Ev sahibi "Səhər gələndə mətbəx stolumun üstündə bir qeyd diqqətimi çəkdi. Orada yazılmışdı: "Çox ac idim. Evinizə soxulmuşdum. Bağışlayın. Mən sənin yeməyini yedim, paltarımı yudum və duş aldım”.

İçəri girən şəxsin spagetti bişirdiyini, daha sonra qablarını yuduğunu bildirən aparıcı, “Deməli, o, nəzakətli cinayətkar idi, bilmirəm... İstifadə etdiyi yorğanı qatlayıb” deyib.

EV SAHİBİNƏ XƏBƏRDARLIQ EDİLDİ

Evə daxil olan oğru Andujoya popkorn aparatının “düzgün işləmədiyi” barədə xəbərdarlıq edən qeyd də qoyub, lakin heç nə oğurlamamışdı.

Xəbərdarlığın ardından polis qrupları məhəllədə K9 axtarış aparsa da, cinayətkarı tapa bilməyib.

Nəzakətli müdaxilələrlə bağlı oxşar hadisələr əvvəllər də bildirilib.

2019-cu ildə Bostonda bir evə girən bir adam evi təmizlədikdən sonra tozsoranla təmizlənmiş xalçalar və tualet kağızından hazırlanmış qızılgüllər qoyub .

Ev sahibi gələndə qapının açıq olduğunu, oğlunun otağının isə tərtəmiz olduğunu gördü. Lakin o, heç nə oğurlanmadığını başa düşdü.

Polis qonşularla danışıb və heç bir şübhəli fəaliyyət aşkar etməyib və heç bir şübhəli şəxs müəyyən etməyib.

Mənbə: NTV Haber
Zeynəb Mustafazadə